Region Liqası çərçivəsində ölkə ərazisində keçirilən oyunlar hava şəraitinin kəskin dəyişməsi və intensiv yağıntılar səbəbindən təxirə salınıb.
Bu səbəbdən 1/4 final mərhələsinin ilk oyunları növbəti həftəsonuna keçirilib. Şəfəq FK – Lənkəran FK qarşılaşmasının da növbəti həftəsonu (18–19 aprel 2026 tarixlərindən birində) keçirilməsi planlaşdırılır.
Komandaların təhlükəsizliyi və oyun şəraitinin uyğunluğu nəzərə alınaraq qəbul edilən bu qərarla bağlı dəqiq oyun günü və saatı barədə əlavə məlumat yaxın günlərdə açıqlanacaq.