Şəfəq FK • Rəsmi veb-saytına xoş gəlmisiniz!
ŞƏFƏQ FK
Futbol Klubu
AZ EN RU

Şəfəq FK 1/4 finalda: Rəqib Lənkəran FK oldu

27-05-2026
Şəfəq FK 1/4 finalda: Rəqib Lənkəran FK oldu
Şəfəq FK 1/4 finalda: Rəqib Lənkəran FK oldu

Şəfəq Futbol Klubu AFFA Region Liqasının 1/4 final mərhələsində mübarizəni davam etdirəcək. Komandamızın bu mərhələdəki rəqibi Lənkəran FK olacaq.

Şəfəq FK qrup mərhələsini yüksək səviyyədə başa vuraraq lider kimi pley-off mərhələsinə yüksəlib. 1/8 finalda isə komandamız Beyləqan FK ilə qarşılaşıb.

İlk oyunda Şəfəq FK rəqibi üzərində möhtəşəm 10:1 hesablı qələbə qazanaraq gücünü bir daha nümayiş etdirib. Cavab qarşılaşması öncəsi isə Beyləqan FK oyuna çıxmaqdan imtina edib. Nəticədə komandamıza texniki qələbə verilib və Şəfəq FK növbəti mərhələyə adlayıb.

Beləliklə, komandamızın 1/4 final mərhələsindəki rəqibi Lənkəran FK olub. Qarşıdakı oyun Şəfəq FK üçün növbəti ciddi sınaq olmaqla yanaşı, yarımfinala gedən yolda mühüm əhəmiyyət daşıyır.